Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Falkao "Qalatasaray"la müqavilə imzaladı

Falkao

Tarix: 3 Sentyabr 2019 09:52

"Monako"nun futbolçusu Radamel Falkaonun "Qalatasaray"a keçidi rəsmiləşib.

Qol.az-ın İstanbul klubunun saytına istinadən yaydığı xəbərə görə, kolumbiyalı hücumçu ilə 3 illik müqavilə imzalanıb. Bu transfer üçün "Cim-Bom" təzminat ödəməyib. 33 yaşlı oyunçunun "Qalatasaray"da oynayacağı 3 mövsümün hər birində 5 milyon avro maaş alacağı bildirilib.

Qeyd edək ki, 2013-cü ildən “Monako”da çıxış edən Falkao “Portu”, “Atletiko”, “Mançester Yunayted” və “Çelsi” kimi klublarda da oynayıb.

 


Etiketlər:  Falkao Qalatasarayla müqavilə imzaladı


RƏYLƏR