Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Yanvar 2022 04:48
Rusiya hərbi müşavirləri Mərkəzi Afrika Respublikasındadır (MAR), lakin Moskva bu ölkənin daxili işlərinə qarışmır.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
"Biz Mərkəzi Afrika Respublikası ilə müxtəlif səviyyələrdə əlaqələri inkişaf etdiririk, orada bizim hərbi müşavirlərimiz var. Lakin Moskvanın bu ölkədə daxili proseslərdə iştirakı qeyri-mümkündür və bu barədə söhbət gedə bilməz", - Peskov bildirib.