Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“İpək Yolunda Qobustan” İncilərin Rəqsi adlı geyim kolleksiyasının nümayişi olacaq

“İpək Yolunda Qobustan” İncilərin Rəqsi adlı geyim kolleksiyasının nümayişi olacaq

Tarix: 30 Aprel 2019 01:45

Bakı. Trend:

Milli Tarix-Bədii qoruğunun təşkilatçılığı və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tərəfdaşlığı ilə Qobustan qoruğunda “İpək Yolunda Qobustan” İncilərin Rəqsi adlı geyim kolleksiyasının nümayişi həyata keçiriləcək.

Trend-in məlumatına görə, universitetin Rəssamlıq fakültəsinin Dizayn və dekorativ tətbiqi sənət kafedrasının Geyim dizaynı ixtisasının II, III və IV kurs tələbələrinin iştirakı ilə hazırlanmış geyim kolleksiyasının nümayişi 3 may 2019-cu il tarixində, saat 14:00-da Qobustan Milli Tarix-Bədii qoruğunun Böyükdaş dağında baş tutacaqdır. Qobustan Milli-Tarix Bədii qoruğunun təşkilatçılığı ilə baş tutacaq nümayişdə Dosent Aysel Əzizovanın müəllifli olduğu, Qobustan qayaüstü təsvirlərinin motivləri əsasında hazırlanmış Çin geyim kolleksiyası, Osmanlı dövrünə aid geyim kolleksiyası, eyni zamanda Azərbaycan milli geyim elementlərinə həsr olunmuş bir-birindən maraqlı geyim nümunələri təqdim olunacaqdır.

18-20 min il yaşı olan Qobustan qayaüstü təsvirlərini yeni konsepsiyada izləyiciyə çatdıran layihənin məqsədi Qobustanın mədəni irsinin təbliği ilə yanaşı geniş auditoriyada bu mövzuya marağı artırmaqdır.

Azərbaycan xalqının maddi və mənəvi mədəniyyəti çox ağır və uzun sürən inkişafın gedişi nəticəsində yaranıb. Xalqın etnik tarixi, xalq yaradıcılığının bədii xüsusiyyətləri, onların müxtəlif halda formalaşması, bədii bəzək naxışları, toxuculuq xalq geyimində öz əksini tapmışdır. Respublikamızda ipəkçilik, pambıq istehsalı və s. kimi sahələr inkişaf etdikcə, milli geyimin hazırlanmasında xüsusi rol oynayan parça istehsalı daha da artdı və bunun nəticəsində milli geyimlərdə dirçəlmə dövrü duyulmağa başladı.

Milli geyim dəstlərinin hazırlanmasında xüsusi rol oynayan, dekorativ tətbiqi sənətin başqa örnəklərində rast gəlindiyi kimi, parçalarda da Uzaq Şərq mədəniyyətinə xas olan bir çox bəzək nümunələri öz əksini tapmışdır.

Tarixin müxtəlif dövrlərinə aid qəbirlərdən tapılmış, bir-birindən fərqli ipək parçalardan hazırlanmış geyim qalıqlarından aydın olur ki, ölkə ərazisində məskən salmış ilk insanların geyimləri təbii əldə edilən materiallardan olmaqla, istifadə tərzinə görə bürüncək, sarıq, örtmə və geymə kimi müxtəlif variantlarda özünü göstərmişdir. Azərbaycanda geyim ehtiyaclarının ödənilməsi üçün hələ qədim dövrlərdən qoyun və quzu yunu, keçi qəzili ilə yanaşı dəvə yunu və müxtəlif materiallardan istifadə edilmişdir.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  İpək Yolunda Qobustan İncilərin Rəqsi adlı geyim kolleksiyasının nümayişi olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ