Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Yanvar 2022 10:16
Güman edirik ki, Azərbaycan manatı ABŞ dollarına qarşı 1 dollar/1,7 manat səviyyəsində olan sərt bağlılığını qoruyub saxlayacaq.
Sonxeber.net "APA-Economics"ə istinadən xəbər verir ki, bunu "S&P Global Ratings" ("S&P") beynəlxalq reytinq agentliyinin analitikləri deyir.
Agentlik bildirir ki, məzənnə xarici valyuta bazarına müntəzəm müdaxilələr ilə dəstəklənəcək.
"Buna baxmayaraq, fikrimizcə, karbohidrogen qiymətləri kəskin enərsə və uzun müddət aşağı qalarsa, məzənnənin tənzimlənməsi imkanı nəzərdən keçirilə bilər. Bu, Azərbaycan Mərkəzi Bankını 2015-ci ildə yaşadığı xarici valyuta buferlərinin əhəmiyyətli itkisinin qarşısını almağa kömək edəcək", - S&P-nin analitikləri bildirib.