Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yeltsinin şəxsi fotoqrafı olmuş Dmitri Donskoy vəfat etdi

Yeltsinin şəxsi fotoqrafı olmuş Dmitri Donskoy vəfat etdi

Tarix: 22 Yanvar 2022 18:48

Rusiyanın birinci prezidenti Boris Yeltsinin şəxsi fotoqrafı kimi çalışmış Dmitri Donskoy 86 yaşında Moskvada vəfat edib.

Milli.Az APA-ya istinadən bildirir ki, yaxınları bildirib ki, Dmitri Donskoy uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

D. Donskoy 1991-1997-ci illərdə Yeltsinin şəxsi fotoqrafı kimi çalışıb. Yeltsinlə çalışmağa başlamazdan əvvəl Donskoy ölkənin ən yaxşı idman fotomüxbirlərindən biri olub. O, RİA "Novosti" informasiya agentliyində çalışıb. D. Donskoy 160-dan çox beynəlxalq mükafata, o cümlədən Beynəlxalq Jurnalistlər İttifaqının Beynəlxalq Press Foto Ustası, Beynəlxalq Foto İncəsənət Assosiasiyasının (FIAP) və nüfuzlu World Press Photo "Qızıl göz" mükafatına layiq görülüb.

Milli.Az


Etiketlər:  Yeltsinin şəxsi fotoqrafı olmuş Dmitri Donskoy vəfat etdi


RƏYLƏR