Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ehtiyatda olan hərbi vəzifəlilər təlimə çağırıldı - VİDEO

Ehtiyatda olan hərbi vəzifəlilər təlimə çağırıldı - VİDEO

Tarix: 23 Yanvar 2022 10:50

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il üçün hazırlıq planına əsasən, ehtiyatda olan hərbi vəzifəlilərin döyüş vərdişlərinin təkmilləşdirməsi məqsədilə N nömrəli hərbi hissədə keçirilən təlim toplanışı davam edir.

Toplanışda xüsusi təyinatlı qrupların döyüşdə müxtəlif üsullarla yerdəyişmə fəaliyyətləri nümayiş etdirilib.

Toplanış zamanı iştirakçılara silahların taktiki-texniki xüsusiyyətləri, natamam sökülüb-yığılma və istifadə  qaydaları öyrədilir, eləcə də ilkin tibbi yardım göstərilərək yaralıların təxliyə edilməsi üsulları məşq etdirilir.

Təlim toplanışı yanvarın 29-dək davam edəcək.

Milli.Az


Etiketlər:  Ehtiyatda olan hərbi vəzifəlilər təlimə çağırıldı VİDEO


RƏYLƏR