Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Yanvar 2022 11:48
Tək çörək nə kökəlməyə səbəb olur, nə də zərər verir. Bu vəziyyət çörəyin birləşdirildiyi qidalara və çörəyin növünə görə dəyişir.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, artıq çəki ürək-damar xəstəliklərindən tutmuş şəkərli diabetə qədər, bir çox xəstəliyə səbəb olur.
Qış mövsümündə günəş işığından ən az istifadə edirik. Bununla belə, daha az günəş işığı depressiya riskini artıran amillər arasındadır, depressiya isə kökəlməyə səbəb ola bilər. Buna görə də qoz və balıq kimi Omega-3 ilə zəngin qidaları pəhriz planına daxil etmək faydalıdır.
Eyni qidalanma proqramı hər kəsə tətbiq edilmir. Çünki hər kəsin ehtiyacları, vərdişləri və maddələr mübadiləsi, eləcə də yaşı, genetik faktorları fərqlidir. Pəhriz zəruri müayinələr nəticəsində fərdi şəkildə hazırlanmalıdır. Kalori hesablamaları ilə pəhriz səhv nəticələr verə bilər. Keçmişdə "bir qutu pendir və beş zeytun yeyərək arıqlaya bilərsiniz" və ya "yalnız karbohidratlar yeyərək arıqlaya bilərəm" kimi pəhriz mifləri hər yerdə danışılırdı. Lakin bütün bunlar çox yanlışdır, çünki pəhriz saxlamaq qeyri-sağlam yemək demək deyil.
Bundan əlavə, cəmiyyətdə daha bir məşhur yanlış fikir var: inancın əksinə olaraq, suya limon əlavə etmək onu zəiflətmir, sadəcə olaraq əlavə C vitamini qəbul etməyə kömək edir. C vitamini immunitet üçün vacibdir, lakin arıqlamağa kömək etmir.