Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Boris Conson karantin dövründə ad günü şənliyi keçirib

Boris Conson karantin dövründə ad günü şənliyi keçirib

Tarix: 25 Yanvar 2022 08:24

Böyük Britaniyada koronavirusla bağlı sərt karantinin olduğu dövrdə "Downing Street"də (Baş nazirinin iqamətgahı - red) Boris Consona ad günü şənliyi keçirilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, "Downing Street" bu gün yayılan xəbərin doğru olduğunu etiraf edib. 20 iyun 2020-ci ildə, İngiltərədə koronavirusla bağlı ilk karantinin olduğu dövrdə Boris Consonun ad gününü qeyd etmək üçün işçilərin toplaşdıqları bildirilib. Ancaq qeyd edilib ki, "Downing Street"də işləyənlər Boris Consonu qısaca təbrik etmək istəyiblər, baş nazir isə yığıncaqda sadəcə 10 dəqiqə iştirak edib.

Qeyd edək ki, Boris Consonun İngiltərədə karantinin mövcud olduğu dönəmdə qaydaları pozmağına dair xəbərlərin ardı kəsilmir. Bundan öncə isə, baş nazirin "Downing Street"in həyətində keçirilən yığıncaqda iştirak etdiyi görüntülər yayılmışdı.

Milli.Az


Etiketlər:  Boris Conson karantin dövründə ad günü şənliyi keçirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ