Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Öskürəyə qarşı ən yaxşı vasitə qara şokoladdır

Öskürəyə qarşı ən yaxşı vasitə qara şokoladdır

Tarix: 25 Yanvar 2022 08:57

Halla universitetinin mütəxəssisləri bir sıra araşdırmalardan sonra nəticələri açıqlayıblar.

Ölkə.Az xəbər verir ki, alimlərin tədqiqatının nəticələrinə əsasən, qara şokolad öskürəkdən qurtulmağa kömək edir. Həm də soyuqdəyməyə qarşı ən yaxşı vasitədir.

Alimlərin fikrinə görə, şokolad qısa müddət ərzində boğazın selikli qişasını tutur və qıcıqlanmanı azaldır. Bundan başqa kakaonun tərkibində teobromin maddəsi var. Bu maddə orqanizmin seliyə olan tələbatını azaldır.

Alimlər təcrübə zamanı 160 könüllüyə müraciət ediblər. Könüllülər soyuqdəymə simptomu ilə gəliblər və dərman əvəzinə qara şokolad yeyiblər. Bir neçə gün sonra isə pasientlər özlərini yaxşı hiss etdiklərini bildiriblər.


Etiketlər:  Öskürəyə qarşı yaxşı vasitə qara şokoladdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ