Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

MDB Hökumət Başçıları Şurasının iclasında imzalanmış sazişə dəyişikliklər edilməsi barədə Protokol təsdiqlənib

MDB Hökumət Başçıları Şurasının iclasında imzalanmış sazişə dəyişikliklər edilməsi barədə Protokol təsdiqlənib

Tarix: 25 Yanvar 2022 14:27

Prezident İlham Əliyev "Sellülyar səyyar rabitə sistemlərinin inkişaf etdirilməsində və onlardan istifadə olunmasında əməkdaşlıq haqqında 1997-ci il 17 yanvar tarixli Sazişə dəyişikliklər edilməsi barədə Protokol"un təsdiq edilməsi haqqında qanunu imzalayıb.

Qanunda qeyd edilir ki, Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının Astana şəhərində keçirilmiş 2018-ci il 2 noyabr tarixli iclasında imzalanmış "Sellülyar səyyar rabitə sistemlərinin inkişaf etdirilməsində və onlardan istifadə olunmasında əməkdaşlıq haqqında 1997-ci il 17 yanvar tarixli Sazişə dəyişikliklər edilməsi barədə Protokol" Azərbaycan Respublikasının ona dair qeyd-şərti ilə təsdiq edilsin.

Milli.Az


Etiketlər:  MDB Hökumət Başçıları Şurasının iclasında imzalanmış sazişə dəyişikliklər edilməsi barədə Protokol təsdiqlənib


RƏYLƏR