Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İntihar edən qızın anası bu şirkətləri məhkəməyə verdi

İntihar edən qızın anası bu şirkətləri məhkəməyə verdi

Tarix: 25 Yanvar 2022 23:06

ABŞ-da intihar edən 11 yaşlı Selenanın anası Tammi Rodrigez sosial şəbəkə platformalarındən şikayət edib.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, Rodrigez San-Fransisko Federal Məhkəməsinə müraciət edərək "Meta" və "Snap" şirkətlərini məhkəməyə verib.  

O, qızının depressiya, yuxu, qidalanma problemləri və özünə zərər vermə kimi vərdiş və pozğunluqlarının "Instagram" və "Snapchat"dan istifadə etdikdən sonra ortaya çıxdığını bildirib.

"Snap" rəsmiləri məsələ ilə bağlı bunları deyib: "Selenanın ölümündən çox kədərlənirik və ailəsinə başsağlığı veririk. Cəmiyyətimizin sağlamlığından daha vacib heç nə yoxdur".

"Meta" şirkəti isə mövzu ilə əlaqədar heç bir açıqlama verməyib.


Etiketlər:  İntihar edən qızın anası şirkətləri məhkəməyə verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ