Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“AzDrama”da koronavirusa yoluxma artdı, teatr bağlandı

“AzDrama”da koronavirusa yoluxma artdı,  teatr bağlandı

Tarix: 26 Yanvar 2022 16:39

Akademik Milli Dram Teatrı koronovirusa görə fəaliyyətini müvəqqəti dayandırıb.

Milli.Az xəbər verir ki, bu barədə axşam.az-a teatrın mətbuat katibi Cavid Zeynallı məlumat verib.

Onun sözlərinə görə, son günlər teatrın əməkdaşları arasında COVID-19 infeksiyasına yoluxma hallarının artması ilə əlaqədar qabaqlayıcı-profilaktik tədbirlərin görülməsi qərara alınıb:

"Belə ki, yanvar ayının 23-dən fevral ayının 7-dək teatrın öz iş fəaliyyətini müvəqqəti olaraq dayandırması haqqında qərar qəbul olunub. Qeyd olunan tarixlərə təyin edilmiş tamaşa nümayişləri və məşqlər təxirə salınır, teatrın inzibati binasına giriş-çıxış fevralın 7-dək məhdudlaşdırılır".

Zeynallı bildirib ki, həmin tarixlərdə nəzərdə tutulan tamaşalar fevralın 7-dən etibarən nümayiş olunacaq.

Milli.Az


Etiketlər:  AzDramada koronavirusa yoluxma artdı teatr bağlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ