Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Yanvar 2022 17:48
''Məişət zorakılığı ilə bağlı qanunvericiliyin sərtləşdirilməsi üçün təkliflər hazırlanıb və baxılması üçün aidiyyəti dövlət qurumlarına göndərilib".
Bunu jurnalistlərə açıqlmasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
Onun sözlərinə görə, təkliflər arasında şiddətin dərəcəsinə görə cinayət məsuliyyətinə cəlb olunma tələbi də yer alır.
Komitə sədri ölkəmizdə qadın sığınacaqlarının az olması məsələsinə də münasibət bildirib.
Qeyd edib ki, belə yeni məntəqələrin yaradılması planlaşdırılır. ''Bu, müxtəlif regionları əhatə etməlidir. Sığınacaqların sayının az olmasına baxmayaraq, orada qalan insanlar üçün çətinliklər yoxdur'',-deyə B.Muradova əlavə edib.
Komitə sədri onu da qeyd edib ki, bəzi aiələlərdə zorakılıq hallarının qarşısını almaq üçün maarifləndirmə işləri aparılır. Amma bəzi hallarda bu, heç də real nəticə verməyə bilir.
Bahar Muradova müxtəlif ərazilərdə uşaqların diləndirilməsi iddialarını da şərh edib.
Sonxeber.net Xəzər Tv-nin videomaterialını təqdim edir: