Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Azərbaycanda oxumaq yolunu mən qoymuşam'' - Tacir - VİDEO

''Azərbaycanda oxumaq yolunu mən qoymuşam'' - Tacir - VİDEO

Tarix: 26 Yanvar 2022 19:15

"Bir nəfər konservatoriyada xanəndəlik sinfində oxuyur. Dedi ki, oxudum sizin səslə. Müəllim qışqırıb ki, Tacir kimi oxuma".

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Tacir Şahmalıoğlu "Onun sirri" proqramında deyib. İfaçı Əməkdar artist Təyyar Bayramovun ünvanına sərt sözlər deyib:

"Konservatoriyada müəllim Təyyar Bayramov olsa da, tələbələr Tacir kimi oxuyurlar. Çünki o yolu mən qoymuşam. İstəyir Təyyarın, istəyir başqasının tələbəsi olsun, mənim kimi oxuyacaq. Azərbaycanda oxumaq yolunu mən qoymuşam. Halal xoşunuz olsun. Təyyar, sən dərs keçməklə deyil".

Qeyd edək ki, Tacirlə Təyyar arasında münasibətlərin pisləşməsinə səbəb Əməkdar artistin oğlu Kənanın "Bayati şiraz" oxumasına sərt reaksiya verməsi olub. "Təyyar Bayramovun oğlu məni yamsılayır" deyə, Tacir açıqlama vermişdi.


Etiketlər:  Azərbaycanda oxumaq yolunu mən qoymuşam Tacir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ