Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avropa İttifaqı ölkələrinə səyahət məhdudiyyətlərinin vaksin sertifikatına görə yenilənməsi tövsiyə olunub

Avropa İttifaqı ölkələrinə səyahət məhdudiyyətlərinin vaksin sertifikatına görə yenilənməsi tövsiyə olunub

Tarix: 26 Yanvar 2022 23:10

Avropa Şurası Avropa İttifaqına (Aİ) üzv ölkələrə koronavirusa dair səyahət məhdudiyyətlərinin insanların gəldiyi bölgələrə görə deyil, peyvənd, test və ya xəstəliyi keçirənlərlə bağlı məlumatları ehtiva edən COVID-19 sertifikatının statusuna əsasən yenilənməsini tövsiyə edib.

Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, Avropa Şurasının açıqlamasında bu qərarın məhdudiyyətsiz və təhlükəsiz səyahətləri asanlaşdırmaq məqsədi daşıdığı bildirilib.

Qərarda vaksinasiya nisbətlərinin artdığı xatırladılıb, sərnişinlərin haradan gəldiyini deyil, onların Aİ-nin rəqəmsal COVID-19 sertifikatına sahib olub-olmamasına baxılmasının vacibliyi qeyd olunub. Lakin buna baxmayaraq, epidemiyanın intensiv olduğu ölkələrin bu tətbiqin əhatə dairəsindən kənarda qalacağı da vurğulanıb.

Qeyd edək ki, Avropa Şurasının bu qərarı tövsiyə xarakteri daşıyır. Aİ-yə üzv ölkələr səyahət məhdudiyyətlərini özləri müəyyənləşdirir.


Etiketlər:  Avropa İttifaqı ölkələrinə səyahət məhdudiyyətlərinin vaksin sertifikatına görə yenilənməsi tövsiyə olunub


RƏYLƏR