Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

COVID-19 əleyhinə neçə nəfər peyvənd olunub?

COVID-19 əleyhinə neçə nəfər peyvənd olunub?

Tarix: 27 Yanvar 2022 16:38

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 29 515 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Milli.Az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 565, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 201, buster doza üzrə vaksinasiya olunanların sayı isə 24 749 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 905 588, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 222 566, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 736 905, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 946 117 təşkil edir.

Milli.Az


Etiketlər:  COVID 19 əleyhinə neçə nəfər peyvənd olunub


RƏYLƏR