Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Qəbələ” rusiyalı hücumçu transfer etdi

“Qəbələ” rusiyalı hücumçu transfer etdi

Tarix: 27 Yanvar 2022 18:24

"Qəbələ" heyətinə yeni futbolçu qatıb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, "qırmızı-qaralar" rusiyalı hücumçu Bilal İsmayılovu transfer edib.

18 yaşlı forvard Sankt-Peterburq futbol məktəbinin yetirməsidir. Şəhər çempionatında müxtəlif komandalarda oynayan Bilal ötən il "Zvezda"nın şərəfini qoruyub. Bu komandada 12 matça çıxan forvard 1 qola imza atıb.

Qeyd edək ki, hücumçu şəhərdaxili yarışlarda ümumilikdə 69 oyunda 12 dəfə fərqlənib.

Milli.Az


Etiketlər:  Qəbələ rusiyalı hücumçu transfer etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ