Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Yanvar 2022 18:32
2020-ci ilin payızı ilə müqayisədə Ermənistanın vəziyyəti daha da pisləşib. Neftin qiyməti sürətlə bərpa olunur, qazın qiyməti isə bütün rekordları qırıb. Bu, Azərbaycan iqtisadiyyatına dəstək verir. Azərbaycan Silahlı Qüvvələri isə Türkiyə ilə əməkdaşlıqdan bəhrələnir.
Sonxeber.net bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında rusiyalı ekspert Aleksandr Razuvayev deyib.
"Ermənistan da daxil olmaqla, beynəlxalq turizmlə bağlı ölkələrin iqtisadiyyatına zərər vuran koronavirus pandemiyası tükənmir. Ermənistan həm də az sayda investorları bu ölkəyə sərmayə qoymaqdan çəkindirən siyasi qeyri-sabitliklə xarakterizə olunur. Hər kəs başa düşür ki, Azərbaycan hərbi baxımdan qat-qat güclüdür. Lakin boş ambisiyalar, revanş arzusu, imzalanmış müqavilələrin yerinə yetirilməməsi ilə İrəvan yeni müharibəyə səbəb ola bilər.
Bu da kövrək Ermənistan dövlətini məhv edə, azsaylı investorların investisiyalarını puça çıxara bilər. Biz dünya erməni diasporundan da Ermənistana sərmayələr görmürük. Ermənilər özləri öz ölkələrinə sərmayə qoymurlarsa, başqa ölkələrdən, o cümlədən Rusiyadan, MDB-dən gələn investorlara nə deyə bilərik", - Razuvayev qeyd edib.
Politoloqun fikrincə, sonda İrəvan imzalanmış müqavilələri yerinə yetirməyə məcbur olacaq:
"Çünki onların sadəcə olaraq başqa seçimi yoxdur. Əks halda, İrəvan nəhayət ki, Moskvanın dəstəyini itirəcək və bir həftə - on gündən çox olmayan yeni müharibə Ermənistanın sürətli məğlubiyyəti ilə başa çatacaq.
Bu dəfə Vladimir Putin Ermənistanı xilas etməyəcək. Rusiya prezidenti həmişə sözünün üstündə durur. Və tərəfdaşlardan oxşar hərəkətləri gözləyir. Əks halda, o, sadəcə olaraq bu şəxsləri kontaktlar siyahısından silir. Əgər Putin Ermənistanı bloklayırsa, onu ancaq möcüzə xilas edə bilər".