Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Yanvar 2022 22:08
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas Tacikistan və Qırğızıstanı sərhəddə atəşi dərhal dayandırmağa çağırıb.
Sonxeber.net modern.az-a istinadən bildirir ki, baş katib KTMT-nin münaqişənin sülh yolu ilə həlli üçün Tacikistan və Qırğızıstana yardım göstərməyə hazır olduğunu deyib.
Bundan əlavə, S.Zas Tacikistanın və Qırğızıstan Təhlükəsizlik Şuralarının katibləri Nasrullo Mahmudzoda və Marat İmankulov ilə telefon əlaqəsi saxlayıb.
"Sərhəddə yenidən toqquşmaların baş verməsi, yaralıların olması ciddi narahatlıq doğurur. Tacikistan-Qırğızıstan sərhədində silahlı qarşıdurma dərhal dayandırılmalıdır. Münaqişə müstəsna olaraq danışıqlar masası arxasında sülh yolu ilə həll edilməlidir", - Zas tərəfləri atəşkəsə çağırıb.