Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Yanvar 2022 17:18
İran Mərkəzi Bankı "Rəmzrial" adlı milli kriptovalyutasının tezliklə rialın rəqəmsal əskinasları şəklində ictimaiyyətə təqdim ediləcəyini açıqlayıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə Bankın İctimaiyyətlə Əlaqələr üzrə meneceri Mustafa Kamerivəfa məlumat verib.
O bildirib ki, milli kriptovalyutanın istifadəsində banklara ehtiyac olmayacaq:
"Yeni maliyyə alətinin xüsusiyyətləri daha yüksək ödəniş sürəti və daha yüksək təhlükəsizliyi təmin etməsidir. Bu, e-ticarətin inkişafı üçün yeni bir mərhələdir", - deyə bank rəsmisi bəyan edib.
Qeyd edək ki, İran dünyada kriptovalyuta istehsalının ən çox həyata keçirildiyi ölkələr sırasındadır. Ekspertlərin fikrincə, cənub qonşumuz bu yolla ABŞ sanksiyalarının təsirindən qurtulmağa çalışır.