Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Yanvar 2022 20:44
Pandemiya, qlobal böhran və dünya ölkələrində davam edən bahalaşma logistika sektorundan da yan keçməyib. Qiymət artımı xüsusilə beynəlxalq daşınmalarda daha çox müşahidə olunur.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, logistika üzrə mütəxəssis Ruslan İmamquliyevin sözlərinə görə, bahalaşmaya təsir edən əsas amillərdən biri elə logistikadır. Belə ki, enerji resurslarının qiymətlərinin artması Beynəlxalq yükdaşımaların həcmini həm azaldır, həm də qiymətlərdə öz əksini tapır. Bu da ölkəmizdə bəzi idxal mallarının bahalaşmasına səbəb olur. Ancaq daxili yükdaşınmalarda elə də ciddi qiymət artımı yoxdur.
Ruslan İmamquliyev deyir ki, bahalaşma beynəlxalq yükdaşınmaların bir çox növündə müşahidə olunur.
Ekspertin fikrincə logistik xidmətlərdə qiymət artımının qarşısının almaq üçün ilk növbədə gömrük rüsumları azaldılmalı və sənədləşdirmə prosesi sadələşdirilməlidir.
Karqo şirkətlərinin birinin rəhbəri Samir Əfətli isə deyir ki, hava yolu ilə beynəlxalq yükdaşınmalarda nəzərə çarpacaq bahalaşma yoxdur.
Samir Əfətli deyir ki, hazırda karqo şirkətləri ən çox sifarişi Türkiyədən qəbul edir ki, bu ölkədən olan hava yükdaşınmalarının qiymətlərində ciddi dəyişiklik yoxdur.