Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Yanvar 2022 23:48
Emori və Kornell Uviversitetlərinin (ABŞ) alimləri təbii meyvə şirələri və qazlı içkilərin (kola, limonad və s.) insan sağlamlığına olan təsirini araşdırıblar.
Alimlər belə nəticəyə gəliblər ki, həm meyvə şirələri, həm də şirin qazlı içkilər orqanizmə eyni dərəcədə mənfi təsir edir, erkən ölümün riskini artırır. Hətta alimlər bəyan ediblər ki, qazlı içkilər bu riski 11%, şirələr isə 24% (!) artırır.
Alimlər bunu meyvə şirələrinin şəkərlə olduqca zəngin olması ilə izah edirlər. Şəkər ürək-damar sisteminə ciddi zərbə vurur, damarlarda iltihab yaradır, aterosklerozun inkişafını sürətləndirir və bununla da ölüm riskini artırır.
Mütəxəssislər qeyd edir ki, əgər insan gün ərzində 150 ml-dən çox şirə içmirsə, bu ziyanlı sayılmır.
Saglamolun.az xarici KİV-lərə istinadla bildirir ki, alimlər şirələrdən imtina etməyi və meyvələrə üstünlük verməyi tövsiyə edirlər.