Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Yanvar 2022 17:52
"Huawei" şirkəti yeni nəsil 5G mobil rabitəsi üçün avadanlıqların tədarükü ilə bağlı tenderdə iştiraka icazə verilmədiyinə görə İsveçə qarşı beynəlxalq arbitraj iddiası qaldırıb.
Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bu barədə SVT telekanalı məlumat yayıb.
İddianın məbləği 5,2 milyard kron (560 milyon ABŞ dolları) təşkil edir.
Bir il əvvəl Çin şirkəti 5G şəbəkələri üçün infrastruktur yaratmaqdan imtina etdikdən sonra İsveç hökumətini hüquqi prosedurlarla hədələyib.