Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Yanvar 2022 19:08
"Brand Finance'' hər il dərc etdiyi Global 500 2022 hesabatını dərc edib və dünyanın ən qiymətli brendlərini açıqlayıb. Zirvədə yenidən ''Apple'' yer alıb.
Sonxeber.net facemark.az-a istinadən bildirir ki, hər il dünyanın ən dəyərli şirkətlərinin açıqlandığı Global 500 2022 hesabatı dərc edilib. Hesabatda 2021-ci ilin dünyada ən yüksək brend dəyərinə malik, ən güclü və açıqlanıb.
"Brand Finance'' Global 500 2022 hesabatına görə, marka dəyərinə görə dünyanın ən qiymətli markası 2021-ci ildə də böyük yüksəliş yaşayan ''Apple'' olub. ''Apple'' 2021-ci ildə dəyərini 355,1 milyard dollara yüksəldib. ''Apple''dan sonra gələn marka 350,3 milyard dollar marka dəyəri ilə ''Amazon'', üçüncü yeri isə 263,4 milyard dollar marka dəyəri ilə ''Google'' tutub.
Dünyanın ən dəyərli 10 brendi - 2022
''Apple'' - 355,1 milyard dollar
''Amazon'' - 350,3 milyard dollar
''Google'' - 263,4 milyard dollar
''Microsoft'' - 184,2 milyard dollar
''Walmart'' - 111,9 milyard dollar
''Samsung'' - 107,3 milyard dollar
''Facebook'' - 101,2 milyard dollar
''ICBC'' - 75,1 milyard dollar
''HUAWEI'' - 71,2 milyard dollar
''Verizon'' - 69,6 milyard dollar