Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Alimlər qan təzyiqini normaya salan ƏN UCUZ DƏRMANI tapdı

Alimlər qan təzyiqini normaya salan ƏN UCUZ DƏRMANI tapdı

Tarix: 30 Yanvar 2022 22:33

Yumurta ağı yüksək qan təzyiqini tənzimləyir. Yumurta ağında peptid adlanan bir maddə var.

Araşdırmaya görə, bu maddə qan təzyiqini artıran bir fermentin yaranmasına mane olur. Alimlər siçanlar üzərində bir sınaq keçirib və onlara bir miqdar peptid verib. Nəticədə, təəccüblü olub: peptidin "Captopril" dərmanının aşağı dozası ilə eyni gücə malik olduğu üzə çıxıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, yumurta ağının qan şəkəri səviyyəsini təmzimlədiyi və "pis" xolesterini azaltdığı da ortaya çıxıb. Bu baxımdan, yumurta ağı çox faydalıdır və onu mütəmadi olaraq istehlak etmək tövsiyə olunur.

Yüksək temperaturda qaynadılmış yumurta təzyiqi azaltmaq üçün yaxşıdır. Yumurta ağının insan bədəninə əlavə nə kimi təsirlər göstərəcəyini təyin etmək üçün başqa araşdırmaların aparılması planlaşdırılır. Bu nəzəriyyə doğru olarsa, yumurta ağı yüksək qan təzyiqi ilə mübarizə üçün ən yaxşı dərmanlardan biri olacaq.

Bundan əlavə, yumurta ağı, heç bir yan təsiri olmayan təbii və ucuz bir seçimdir.


Etiketlər:  Alimlər təzyiqini normaya salan UCUZ DƏRMANI tapdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ