Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Mənimlə eyni vaxtda səhnəyə gələnlərin bədduası bəsimdir” - Xalq artisti

“Mənimlə eyni vaxtda səhnəyə gələnlərin bədduası bəsimdir” - Xalq artisti

Tarix: 31 Yanvar 2022 15:00

Xalq artisti Röya Ayxan Xəzər TV-də yayımlanan "Şourum" proqramında açıqlamaları ilə gündəmə gəlib. 

Sonxeber.net olay-a istinadən yazır ki, estrada ulduzu illər əvvəl duet oxuduğu Elşad Xosenin ikinci evliliyindən danışıb. R. Ayxan iddia edib ki, reper həyat yoldaşının əvvəlki nikahından dünyaya gələn övladını qəbul edib:

"Eşitdiyimə görə, Elşadın xanımının bir övladı var. Onların nikahında balaca uşaq da var. Əgər belədirsə, övladı olan bir xanımla ailə qurubsa, ona qarşı hörmətim daha da artdı. Çünki bir qadının övladını öz övladı kimi sevmək elə Xoseyə yaraşar! Mən onu alqışlayıram".

R. Ayxan Damla barədə də fikirlərini bölüşüb:

"Bir insanın üstünə çox getmək lazım deyil. Bəlkə də, zamanı gələndə, dəyişəcək. Düşünürəm ki, onda hər şey dəyişilməlidir. Bu mahnıda (Yandır üzərlik -  red) Damla heç hıçqırmır. Əslində, səhnəyə belə gəlsəydi... Biz kimisə ələ salmırıq, əsla! Səsində hıçqırıq olur, maraqlıdır. Amma bu mahnıda yoxdur. Sadəcə olaraq onu düzgün yönləndirməyiblər".

Xalq artisti daha sonra onunla eyni dövrdə səhnəyə gələnlərə də söz atıb:

"İndi istədiyim yerdəyəm, qoruyub saxlayıram. Çox xoşbəxtəm. Başqalarının ocağında nə işim var? Niyə xətrinə dəyib bədduasını alım? Onsuz da mənimlə eyni vaxtda səhnəyə gələnlərin bədduası bəsimdir. Deyirlər ki, bu qabağa getdi, biz qaldıq".


Etiketlər:  Mənimlə eyni vaxtda səhnəyə gələnlərin bədduası bəsimdir Xalq artisti


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ