Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Cərrahlar anamı əməliyyat etməkdən boyun qaçırırdı''

''Cərrahlar anamı əməliyyat etməkdən boyun qaçırırdı''

Tarix: 31 Yanvar 2022 17:10

"Çətin idi, güc tapa, ayaqda dura bilmirdim. Alınmırdı... Anamın qida borusunda xərçəng aşkar edildi. Bir çox cərrahlar buna imza atmaqdan boyun qaçırdı. Ölüm-dirim məsələsi idi".

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu "Şourum" proqramına açıqlamasında deyib. Sənətçi anası Qənirə xanımın xəstəliyindən bəhs edib.

O bildirib ki, onkoloji xəstə olan anası hazırda sağalma üzərədir:

"İndi ağrıları var, amma ayağa qalxır. Düzəlir, tez-tez müayinəyə gedib-gəlirik. Anamın xəstəliyindən sonra qol-qanadım sınmışdı, heç nə edə bilmirdim. İndi yavaş-yavaş studiyaya gedirəm".


Etiketlər:  Cərrahlar anamı əməliyyat etməkdən boyun qaçırırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ