Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hüseyn Dəryanın ölümündən 3 gün öncə səsləndirdiyi ifa - VİDEO

Hüseyn Dəryanın ölümündən 3 gün öncə səsləndirdiyi ifa - VİDEO

Tarix: 31 Yanvar 2022 19:25

Mərhum repçi Hüseyn Dəryanın ölümündən 3 gün əvvəl yazdırdığı ifası üzə çıxıb.

Milli.Az azxeber.com-a istinadən xəbər verir ki, "O üz" proqramının komandası 38 yaşında həyatını faciəvi çəkildə itirən Dəryanın səs yazısını əldə ediblər. 

Həmin səs yazısı repçinin yaxın dostlarından olan aparıcı və prodüser Sayqa Cahidə təqdim edilib. Daha sonra Dəryanın səsinə qulaq asan aparıcı göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, Hüseyn 2014-cü il martın 14-də gecə saat 23 radələrində Bakının Xəzər rayonu ərazisində idarə etdiyi "99 EK 575" dövlət nömrə nişanlı "Opel Astra" markalı avtomobilini onunla eyni istiqamətdə hərəkət edən "KamAZ" markalı maşına çırpıb.

Nəticədə ağır yaralanan Dərya 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Lakin martın 15-də səhər saatlarında o, dünyasını dəyişib. Repçi Bakıxanov qəsəbəsindəki qəbristanlıqda dəfn edilib.

Milli.Az


Etiketlər:  Hüseyn Dəryanın ölümündən gün öncə səsləndirdiyi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ