Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu sənəd Ukraynanı məhv edər! - Danilov

Bu sənəd Ukraynanı məhv edər! - Danilov

Tarix: 1 Fevral 2022 09:18

Minsk razılaşmasının icra edilməsi mümkünsüzdür və ölkənin məhvinə gətirib çıxaracaq.

Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Aleksey Danilov deyib.

"Minsk razılaşmasının icrası ölkənin məhvi deməkdir. Razılaşma rus silahının altında imzalanıb. Almaniya və Fransa isə bunu müşahidə ediblər. O zaman sağlam düşüncəli insanlara bəlli idi ki, bu sənədi icra etmək mümkünsüzdür", - deyə Danilov bildirib.

O qeyd edib ki, Qərb Ukraynanı bu sənədin reallaşmasına məcbur etməməlidir.


Etiketlər:  sənəd Ukraynanı məhv edər Danilov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ