Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyaca məşhur müğənninin hamiləliyi qalmaqal yaratdı

Dünyaca məşhur müğənninin hamiləliyi qalmaqal yaratdı

Tarix: 1 Fevral 2022 18:38

Ötən günün bütün dünyada səs gətirən məlumatı Rihannanın hamiləlik xəbəri olub.

Milli.Az olay-a istinadən xəbər verir ki,minlərlə xəbər və blog səhifələrinə mövzu olan xəbər milyonlarla insan tərəfindən paylaşılıb. Rihanna və sevgilisi Eysəp Rakinin fotoları sosial mediada ən çox paylaşılanlar arasında ilk yerdə qərarlaşıb.

Ririnin həmkarları da ona biganə qala bilməyib. Minlərlə təbrik alan müğənniylə bağlı Niki Minaj da paylaşım edib.

"Sənin adına xoşbəxtəm, anacan. Dünyanı çoxdan fəth etmisən, özünü təsdiq edəcək heç nəyin qalmayıb. İndi kiçik bir ərmağan haqqındır. Pulun satın ala bilmədiyi fərqli bir ləzzət", - deyə, o, sosial media hesabında yazıb.

Fərqli bir addım atan digər ifaçı isə məşhur reper Dreykdir. Rihannanın keçmiş sevgilisi hamiləlik xəbərindən sonra Eysəpi İnstaqramda izləmədən çıxarıb.

Bundan başqa, Riri hamiləliyinin elan olduğu fotolardakı geyimləri ilə diqqət çəkib.

"Kim haradan geyinir" səhifəsi sənətçinin libaslarının qiymətini və hansı brendə məxsus olduğunu qeyd edib.

Bildirilib ki, palto "Chanel"in 1996-cı ilin payız-qış kolleksiyasındandır. Satış qiyməti isə 22 min dollar, təxminən 37 min 400 manatdır. Şalvar isə "Vetements"ə məxsusdur. Qiyməti 1519 dollar, təxminən 2582 manatdır.

Milli.Az


Etiketlər:  Dünyaca məşhur müğənninin hamiləliyi qalmaqal yaratdı


RƏYLƏR