Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Fevral 2022 20:32
Paytaxtın bir sıra ərazilərində zibil qutularının qoyulması üçün ayrılan yer düzgün seçilməyib. Məsələn, Xətai rayonu Məhəmməd Hadi küçəsindəki bu məkan kimi. Əhmədli metrostansiyasının yaxınlığında qoyulan zibil konteynerləri düz avtobus zolağının üzərindədir. Bu da həm nəqliyyatın hərəkətinə mane olur, həm də ora zibil atmağa gələn sakinlərin həyatını təhlükəyə salır.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, tullantı konteynerlərinin yerinin düzgün seçilmədiyi ərazilərdən biri də, Xətai rayonundakı 64 nömrəli məktəbin ətrafıdır.
Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin sədri Mais Məmmədov deyir ki, zibil konteynerləri üçün ərazi seçilərkən bir neçə amil nəzərə alınır.
Mais Məmmdovun sözlərinə görə, istisna hallarda dəyərləndirmələr aparıldıqdan sonra zibil qutularının yeri dəyişdirilə bilər. Bunun üçün ümumi razılıq olmalıdır ki, ərazidə yaşayan sakinlər tullantıları rahat şəkildə ata bilsinlər.