Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Filippin Prezidenti karantinə alındı

Filippin Prezidenti karantinə alındı

Tarix: 3 Fevral 2022 13:42

Filippin Prezidenti Rodrigo Duterte COVID-19 diaqnozu qoyulan şəxslə görüşdükdən sonra karantinə alınıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə fevralın 3-də ölkə Prezidentinin Administrasiyası məlumat yayıb.

Bildirilib ki, R.Duterte bu yaxınlarda evində işləyən, koronavirusla bağlı testin nəticəsi müsbət çıxan əməkdaşla təmasda olub: "Bundan sonra Prezidentin testinin nəticəsi mənfi olasa da, o, hazırda karantin rejiminə əməl edir".

Xatırladaq ki, əhalisi 109 milyon nəfər olan Filippində koronavirusa ilk yoluxma halı 2020-ci il yanvarın 30-da qeydə alınıb. İndiyədək ölkədə 3,57 milyon nəfər yoluxub, 3,36 milyon nəfər müalicə olunaraq sağalıb. COVID-19-a yoluxmuş 54 min pasient isə ölüb. 59,3 milyon nəfər peyvənd olunub.

Milli.Az


Etiketlər:  Filippin Prezidenti karantinə alındı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ