Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Millimizdə ciddi itki - Uelslə oyunu buraxacaq

Millimizdə ciddi itki -  Uelslə oyunu buraxacaq

Tarix: 4 Sentyabr 2019 14:56

Millimiz ciddi itki ilə üzləşib.

Qol.az AFFA-nın saytına istinadən xəbər verir ki, bu gün səhər məşqi zamanı müdafiəçi Rahil Məmmədov köhnə zədəsini yeniləyib. Komandanın həkiminin rəyinə və baş məşqçinin qərarına əsasən "Qarabağ"ın futbolçusu millinin Avro-2020-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da Uels yığması ilə keçirəcəyi oyuna yollanan heyətdən çıxarılıb.

Xatırladaq ki, "Qarabağ"ın digər mərkəz müdafiəçisi Bədavi Hüseynov da zədə səbəbindən milliyə çağırılmayıb.
 


Etiketlər:  Millimizdə ciddi itki Uelslə oyunu buraxacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ