Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yeni tip həşərat-robot hazırlanıb - VİDEO

Yeni tip həşərat-robot hazırlanıb - VİDEO

Tarix: 4 Fevral 2022 18:56

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, tipik olaraq, uçan mikrorobotlar üçün gücü mühərriklərdən qanadlara ötürmək üçün dişli çarxlardan və digər mürəkkəb ötürmə elementlərindən istifadə edilir. Bu isə dizaynı çətinləşdirir və onu daha ağır edir.

Yeni ixtirada isə elm adamları süni əzələlərdən istifadə edən qanad ötürücü sistemi hazırlayıblar. Alimlər dizaynda milçək kimi uçan həşəratlardan ilhamlanıblar.

Sistem LAZA adlandırılır.

İxtiraçılar hesab edirlər ki, LAZA sistemli robotlar həşəratlar qədər kiçik ola bilər və nadir çiçəkləri tozlandırmaq, yaxud dağılmış binaların altında insanları axtarmaq üçün əlverişlidir.


Etiketlər:  Yeni həşərat robot hazırlanıb VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ