Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2022 19:12
Xəbər verdiyimiz kimi, "Maske, kimsin sen?" proqramının final etməsi xəbərləri təsdiqini tapıb.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, layihənin prodüseri Fatih Aksoy da mövzu haqda açıqlama verib. O bildirib ki, proqramın erkən finalının səbəbi reaksiyalar deyil, reytinqdir.
Müsabiqənin reytinqləri az olduğu üçün ekranla vidalaşacaq.
Qeyd edək ki, proqram fevralın 12-də final edəcək.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sözügedən layihə ilə bağlı sənəd imzalamışdı. Bundan başqa müsabiqənin satanizm və paqanizmi təbliğ etdiyi iddia edilmiş, sosial şəbəkələrdə kampaniya aparılmışdı.
Proqram barədə Türkiyənin Radio və Televiziya Şurası - RTÜK açıqlama yayaraq yoxlama başladığını bildirmişdi.