Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2022 23:40
"İndiki ABŞ administrasiyası ölkəni bir ildə məhv edib".
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib. İnflyasiyanın da yanlış enerji siyasətinin nəticəsi olduğuna diqqət çəkən Tramp deyib:
"Bir çox şey, sadəcə dəhşətlidir. Biz enerji sahəsində müstəqil idik, indi isə OPEK-ə, Rusiyaya və digər oyunçulara üz tuturuq. Bu, ölkəmiz üçün çətin vəziyyətdir".
Xatırladaq ki, Tramp 2020-ci il prezident seçkilərində demokrat Co Baydenə məğlub olub.