Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2022 08:04
Monteneqro parlamenti (81 nəfərlik) fövqəladə iclasında Zdravko Krivokapiç hökumətinə etimadsızlıq səsverməsi keçirib.
Səsvermə Baş nazirin müavini Dritan Abazoviçin təşəbbüsü ilə baş tutub. İclas cümə günü parlamentin mətbuat xidməti tərəfindən yayımlanıb.
"54 deputat səs verib, 43 deputat etimadsızlığın lehinə, 11 deputat əleyhinə səs verdi. Parlamentin Monteneqro hökumətinin 42-ci kabinetinə etimadsızlığa səs verdiyini elan edirəm", - parlamentin sədri Aleksa Beçiç bildirib.