Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2022 08:16
Avropa kəskin şaxtalı hava olarsa Rusiyanın "Qazprom" şirkəti bundan öz məqsədləri üçün istifadə edəcək.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Polşanın "Gazeta Wyborcza" nəşri məlumat yayıb. Məqalədə Rusiya şirkətinin "Şimal axını - 2" layihəsində inhisarçı ola biləcəyi qeyd olunur.
Almaniya, Avstriya və Hollandiyadakı anbarlarda qaz ehtiyatlarının olmaması səbəbindən vəziyyətin mürəkkəbliyinə diqqət çəkilib.
"Əgər bu baş verərsə, Avropa şirkətləri üçün tələbatın kəskin artmasının öhdəsindən gəlmək çətinləşəcək, nəticədə xammal çatışmazlığı yaranacaq", - deyə məqalədə bildirilib.
Moskva Avropanın enerji bazarındakı böhrandan öz məqsədləri üçün istifadə etməyə çalışacaq.