Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2022 09:00
"Utopia 56" hüquq müdafiə təşkilatı tviterdəki hesabında Fransa paytaxtı Parisin körpülərindən birinin altında gecələyən miqrantların polis tərəfindən fiziki zorakılıqla dağıdılmasının videogörüntülərini yayıb.
Sonxeber.net "Report"a istinadən bildirir ki, görüntülərdə asayiş keşikçilərinin miqrantları ayaqları ilə təpikləyərək onları necə "oyatdığı" əks olunur. Görüntülərdə ayağı amputasiya olunmuş miqrantlardan biri qoltuqaltına güclə söykənərək polislə danışmağa çalışır.
Havanın soyuq keçməsinə baxmayaraq, bir qrup evsiz miqrant sonda düşərgəni tərk etməli olub.
"Utopia 56" bildirib ki, söhbət sığınacaq axtaran Sudan vətəndaşlarından gedir.
"Həmin insanların müdafiəsi və sığınacağı olmalıdır, lakin yoxdur, onlar daim polis tərəfindən fiziki və psixoloji zorakılığa məruz qalırlar", - hüquq müdafiəçiləri qeyd ediblər.
"Utopia 56" əlavə edib ki, Parisdə belə hadisələr beş gündür qeydə alınır.