Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2022 09:02
NATO baş katibinin müavini Mirça Coane Ukraynanın yaxın gələcəkdə alyansa qoşulmayacağını bildirib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, baş katibin sözlərinə görə, Ukraynanın NATO-ya daxil olması üçün alyansda bu gün mövcud olmayan konsensus olmalıdır.
"Heç kim demir Ukrayna yaxın gələcəkdə NATO-ya daxil olacaq. Ukrayna ölkə daxilində çox islahatlar aparmalıdır",- deyə Coane "France24" telekanalına müsahibəsində deyib.
Coane əlavə edib ki, alyans Kiyevi dəstəkləyir. Lakin bu hərbi əməliyyatlarda iştirak etmək demək deyil.