Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2022 11:38
Misirli Sisa Abu Daoh 40 ildən artıqdır ki, cinsini gizlətməklə özünü kişi kimi qələmə verməyə müvəffəq olub.
Sonxeber.net RT Documentary-ə istinadən onun həyat hekayəsini təqdim edir. Bəlli olub ki, qadın əri öldükdən sonra gəlirsiz qalıb və qohumları onunla ikinci dəfə evlənmək istəsələr də, 22 yaşlı qız ailə həyatı qurmaq istəməyib. İşə girmək üçün isə qadın olduğunu gizlətməli idi. O, qalabea (uzun qollu uzun kişi paltarı) və ağ çalma geyinib, kişi ayaqqabılarını geyinib. Kərpic və sement yükləməklə məşğul olub, həm də binaların tikintisi ilə məşğul olub.
O, 43 il ərzində özünü kişi kimi göstərməyi bacarıb. Sirr üzə çıxanda misirli doğma şəhərini tərk edib. 2022-ci ildə Misir hakimiyyəti ona "mükəmməl analıq" mükafatını təqdim edib.
Anar Əli