Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur müğəninin anasına hücum edildi: Polis məsələyə qarışdı

Məşhur müğəninin anasına hücum edildi: Polis məsələyə qarışdı

Tarix: 5 Fevral 2022 16:14

"Reynmen" kimi tanınan müğənni və yutubr Yusuf Aktaşın anası Nəsibə Aktaşın evi qəsb edilib.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, hadisə şənbə günü, yanvarın 29-da Türkiyənin Başakşehir ərazisində baş verib. Silahlı soyğunçu "Reynmen" kimi tanınan müğənni Yusuf Aktaşın anası Nəsibə Aktaşın yaşadığı əraziyə gələrək qadını silahla qorxudub. Soyğunçu Nəsibə Aktaşın mobil telefonunu oğurlayaraq hadisə yerindən qaçıb. Böyük qorxu içində olan Aktaş hadisəni polislərə xəbər verdikdən sonra şübhəlinin şəxsiyyəti ərazidəki təhlükəsizlik kameraları vasitəsi ilə müəyyən edilib. Araşdırma zamanı 25 yaşlı soyğunçunun narkotik aludəçisi olduğu müəyyən edilib. O məhkəmə tərəfindən həbs edilərək həbsxanaya göndərilib.

Milli.Az


Etiketlər:  Məşhur müğəninin anasına hücum edildi Polis məsələyə qarışdı


RƏYLƏR