Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Portuqaliya ikinci dəfə Avropa çempionu olub

Portuqaliya ikinci dəfə Avropa çempionu olub

Tarix: 6 Fevral 2022 23:08

Niderlandda futzal üzrə təşkil olunan Avropa çempionatı başa çatıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, Amsterdamdakı "Ziggo Dome"də keçirilən final oyununda Portuqaliya və Rusiya milli komandaları qarşılaşıblar.

Oyunun gedişində rəqibini 2 top fərqi ilə üstələyən Rusiya futzalçıları üstünlüyünü ikinci hissədə əldən verib. Yekunda 4:2 hesabı ilə qələbə qazanan Portuqaliya millisi tarixində ikinci dəfə Avropa çempionu olub.

Üçüncü yer uğrunda keçirilmiş matçda Ukrayna yığmasını 4:1 hesabı ilə üstələyən İspaniya millisi isə bürünc medalları qazanıb.

Qazaxıstan millisinin üzvü Brizxan Orazov 7 qolla turnirin bombardiri olub. Ziki (Portuqaliya) isə final mərhələsinin ən yaxşı oyunçusu seçilib.

Qeyd edək ki, Azərbaycan yığması Niderlandda qrup mərhələsində mübarizəni dayandırıb.

Milli.Az


Etiketlər:  Portuqaliya ikinci dəfə Avropa çempionu olub


RƏYLƏR