Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ Üçüncü Dünya müharibəsini çoxdan uduzub

ABŞ Üçüncü Dünya müharibəsini çoxdan uduzub

Tarix: 7 Fevral 2022 16:20

Üçüncü Dünya müharibəsi bir neçə onillikdir davam edir və ABŞ Çinə uduzur.

Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu amerikalı politoloq Maykl Reyqan "Deyli Friman" qəzetinə yazdığı məqaləsində bildirib.

Ekspert ABŞ Prezidenti Co Baydeni Ukraynanın Rusiyanın işğalına qarşı çıxmaq üçün Şərqi Avropaya 2 min əsgər göndərdiyinə görə tənqid edib.

Reyqanın fikrincə, əsl lider Rusiyaya ultimatum verib, Almaniyaya gedən "Şimal axını" qaz kəmərini kəsib, "Keystone" boru kəmərini açaraq bütün dünyanı ucuz yanacaqla doldurmalı idi.

Lakin, eyni zamanda, Reyqan Rusiyanı Amerika üçün əsas təhlükə hesab etməməyə, Çinə diqqət yetirməyə çağırıb.

"Bizim bütün iqtisadiyyatımız təhlükəli dərəcədə Çindən və onun fabriklərindən asılıdır",- deyə politoloq qeyd edib.

O, həmçinin Rusiyanın Ukrayna üzərində Üçüncü Dünya müharibəsinə başlayacağından qorxmamağa çağırıb.


Etiketlər:  ABŞ Üçüncü Dünya müharibəsini çoxdan uduzub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ