Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Alimlər COVID-19-dan ağırlaşmaların səbəbini TAPDI

Alimlər COVID-19-dan ağırlaşmaların səbəbini TAPDI

Tarix: 7 Fevral 2022 21:21

İsrailin aparıcı qurumlarından biri olan Bar-Ilan Universitetinin Tibb Fakültəsində çalışan elm adamları koronovirusun gedişi ilə bağlı diqqətəlayiq nəticələrə gəliblər.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislər D vitamini çatışmazlığı olanların koronovirusa yoluxma və ya xəstəlikdən ölüm riskinin daha yüksək olduğunu müəyyən ediblər.

Araşdırmada D vitamini çatışmazlığı olan insanların ağır xəstəliyə tutulma ehtimalının 14 qat daha çox olduğu müəyyən edilib. 

PLOS ONE tibb jurnalında dərc edilən araşdırmada 2020-ci ilin aprelindən 2021-ci ilin fevralına qədər 1100-dən çox iştirakçının məlumatlarının izlənildiyi bildirilib.

COVID-19 ilə əlaqəli səbəblərdən D vitamini çatışmazlığı olan fərdlərin ölüm nisbətinin 25,6% olduğu qeyd edilib. Orta səviyyədə D vitamini olanlarda ölüm nisbətinin 2,3 faiz olduğu təyin olunub. 

Tədqiqatı aparan alim Dr. Amiel Dror deyib ki, bu nəticələr göstərir ki, D vitamininin normal səviyyələri virusa qarşı təsirlidir. (publika.az)

Milli.Az


Etiketlər:  Alimlər COVID 19 dan ağırlaşmaların səbəbini TAPDI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ