Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanda intihar edənlərin sayı artıb

Ermənistanda intihar edənlərin sayı artıb

Tarix: 8 Fevral 2022 12:14

Ermənistanda intihar edənlərin sayı artıb, bu ölkədə təkcə ötən il 7 yeniyetmə intihar edib.

Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Bildirilib ki, Milli Təhlükəsizlik Xidməti 2019-2021-ci illər ərzində ölkədə qeydə alınan intihar və intihara cəhd hallarına yekun vurub. Açıqlanan məlumata görə, intihar edənlərin sayı artıb. 2019-cu ildə 153, 2020-ci ildə 183, 2021-ci ildə 191 nəfər intihar edib.

İntihara cəhd edənlərin əksəriyyəti 30-65 yaş arasındadır.

Qeyd olunub ki, Ermənistanda daha çox kişilər intihar edir. Məsələn, 2021-ci ildə qeydə alınan 191 hadisədən 156-sı kişi, 35-i qadındır.

2021-ci ildə 7 yeniyetmə, 2020-ci ildə 5 yeniyetmə intihar edib.

2019-cu ildə 16, 2020-ci ildə 12, 2021-ci ildə 12 uşaq intihara cəhd edib.


Etiketlər:  Ermənistanda intihar edənlərin sayı artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ