Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Fevral 2022 18:00
Moskva şəhər Məhkəməsi "Axmed Sutuliy" ləqəbli "qanuni oğru" Yevloyev Axmedə bəraət verib.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, məhkəmə araşdırması zamanı onun haqqında dəlil kimi göndərilən videogörüntülərin montaj olduğu sübuta yetirilib. O, məhkəmə zalından sərbəst buraxılıb.
A. Sutuliy "Rövşən Lənkəranski" klanına daxil olan "qanuni oğru"lardan idi. O, 1996-cı ildə 22 yaşında bu adı alıb.