Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Erməni deputat Lukaşenkonu hədələdi

Erməni deputat Lukaşenkonu hədələdi

Tarix: 9 Fevral 2022 12:16

Belarus prezidenti dövlət başçısı kimi yolverilməz və son dərəcə yersiz bəyanatlar verib.

Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistanın hakim "Mülki müqavilə" fraksiyasından olan deputat Vaqarşak Akopyan deyib.

"Tərəfdaş ölkə rəhbərinin digər tərəfdaş ölkələr haqqında belə fikirlər söyləməyə haqqı yoxdur. Qazaxıstanda baş verən son hadisələri xatırlatmaq istərdim. Bu, Ermənistana ehtiyacı olanlar üçündür. Əminəm ki, cənab Lukaşenko özü yaxşı başa düşür ki, Ermənistan kimə lazım idi və hələ də kimə lazımdır", - deyə Akopyan bildirib.

Hakim partiyadan olan digər erməni deputat Ovik Aqazaryan Lukaşenko və Marqarita Simonyanın Rusiya hakimiyyətinə "ayı xidməti" göstərdiyini deyib:

"Belarus prezidenti belə açıqlamalar verməzdən öncə donuzxananı xatırladan Minsk aeroportunu ziyarət etməlidir".

Qeyd edək ki, Lukaşenko rusiyalı jurnalist Vladimir Solovyova müsahibəsində İttifaq Dövlətinə postsovet ölkələrinin qoşulmasından danışarkən, "Ermənistanın gedəcək yeri yoxdur" deyə bildirmişdi.


Etiketlər:  Erməni deputat Lukaşenkonu hədələdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ