Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əsgərlik dövrünün əmək stajına daxil edilməməsinin səbəbi açıqlanıb

Əsgərlik dövrünün əmək stajına daxil edilməməsinin səbəbi açıqlanıb

Tarix: 11 Fevral 2022 20:08

Hərbi xidmətkeçmə haqqında" Əsasnamə qanunla təsdiq edilib. Həmin qanunda qeyd olunub ki, hərbi qulluqçuların Azərbaycan Respublikası Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin qoşunlarında və orqanlarında həqiqi hərbi xidmətdə olduğu müddət qüvvədə olan qanunvericiliyə uyğun olaraq onların ümumi və fasiləsiz iş stajına və ixtisas üzrə iş stajına daxil edilir".

Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu "Sosial saat" verilişində Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov həqiqi hərbi xidmət (əsgərlik) dövrünün sonradan əmək fəaliyyəti zamanı əmək qabiliyyətini itirənlərə müavinət hesablanarkən əmək stajına daxil edilməməsinin səbəbi ilə bağlı sualı cavablandırarkən deyib.

F. Heydərov bu məsələ ilə bağlı "Hərbi xidmətkeçmə haqqında" Əsasnamə və Əmək Məcəlləsi arasındakı uyğunsuzluğa diqqət çəkib: "Ancaq Əmək Məcəlləsində əmək stajı və sosial sığorta anlayışlarından istifadə olunur. Eyni zamanda Əmək Məcəlləsinin 6-cı maddəsində qeyd olunur ki, Əmək Məcəlləsi hərbi qulluqçulara şamil edilmir. Əmək Məcəlləsində nəzərdə tutulmuş təminatların istifadəsi zamanı yalnız müvafiq iş yerində əmək stajı nəzərə alınır və əmək kitabçasında şəxsin əmək fəaliyyəti barədə məlumatlar qeyd olunur. Nazirlər Kabinetinin 189 nömrəli qərarında da qeyd edilir ki, əmək qabiliyyəti olmayanlara müavinət hesablanarkən sığorta haqqı tutulan dövrlər əmək qabiliyyətinin itirilməsi zamanı nəzərə alınan dövrlərdir".

Qeyd edək ki, "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə əsasən, həqiqi hərbi xidmətdə olan vətəndaşlar hərbi qulluqçular, ehtiyatda xidmətdə olanlar isə hərbi vəzifəlilər adlanırlar. Həqiqi hərbi xidmətin müddətləri dinc dövrdə təqvim hesabı ilə aşağıdakı kimi müəyyən edilib:

Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün: - ali təhsili olanlar - 1 il; - qalan bütün əsgərlər, matroslar və çavuşlar - 1 il 6 ay.


Etiketlər:  Əsgərlik dövrünün əmək stajına daxil edilməməsinin səbəbi açıqlanıb


RƏYLƏR