Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Belçika da vətəndaşlarını Ukraynanı tərk etməyə çağırdı

Belçika da vətəndaşlarını Ukraynanı tərk etməyə çağırdı

Tarix: 12 Fevral 2022 12:30

Belçika Xarici İşlər Nazirliyi (XİN) vətəndaşlarına Ukraynanı tərk etməyi tövsiyə edib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Belçika XİN-nin saytında məlumat yerləşdirilib.

Qeyd olunub ki, Ukrayna-Rusiya və Ukrayna-Belarus sərhədində gərginlik artır, situasiyanı proqnozlaşdırmaq mümkün deyil: "Vəziyyət qəfil pisləşsə, Ukrayna ilə telefon və İnternet əlaqəsi də dayana bilər. Bu, aeroportların fəaliyyətinə və aviaəlaqəyə də ciddi mənfi təsir göstərə bilər. Ukraynada vəziyyət kəskinləşəcəyi halda vətəndaşların evakuasiyasını həyata keçirməyə qarantiya vermək mümkün deyil. Hazırda Ukraynada olan və orada qalmasına ciddi zərurət olmayan vətəndaşlara təkidlə bu ölkəni tərk etməyi tövsiyə edirik. Eyni zamanda vətəndaşların Ukraynaya səfərləri də qəti olaraq tövsiyə edilmir".


Etiketlər:  Belçika vətəndaşlarını Ukraynanı tərk etməyə çağırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ